A

Noyabrın 8-dəAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları - 2016"nı təqdim edib.

Mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) “Qabaqcıl Ali Təhsil Müəssisəsi” nominasiyası üzrə (“Outstanding Higher Education Organization”) mükafat təqdim olunub. Mükafatın verilməsində UNEC-in elmi fəaliyyəti və universitet əməkdaşlarının nüfuzu beynəlxalq jurnallarda dərc olunan məqalələri əsas götürülüb.

Mükafatlandırma mərasimindən sonra UNEC əməkdaşları “Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlimdə iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay