A

asoiu.edu.az

Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan gənclərinin müasir problemləri (dil, etika, estetika)” mövzusunda dəyirmi masa keçirilib.Dəyirmi masada ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov, ADNSU və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim-tələbə heyəti iştirak edib.Tədbiri giriş sözü ilə açan dosent Ata Babayev dəyirmi masanın tələbələr üçün əhəmiyyətini qeyd edib, bu mövzuların müzakirəsinin gənclərin şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsinə töhfə verdiyini vurğulayıb.Dil quruculuğunda son 25 ildə həyata keçirilən islahatlardan danışan "Azərbaycan dili" kafedrasının müdiri Ədalət Abbasov Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri olduğunu qeyd edib.Azərbaycan gənclərinin müasir problemləri haqqında çıxış edən UNEC-in Əmtəəşünaslıq  fakültəsinin “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimi, t.ü.f.d. Yeganə Cəfərova universitetlərdə Estetika dərslərinin keçirilməsinin vacib olduğunu bildirib.

Sonra ADNSU və UNEC tələbələri “Azərbaycan gənclərinin müasir problemləri (dil, etika, estetika)” mövzusunda çıxışlar edib, müzakirələr aparıblar.Sonda diskussiyada fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR