A

Azərbaycan Dövlət İqtisad Universitetində “Elm aylığı” çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin bakalavr, magistr və doktorantları mükafatlandırılıb.

Doktorantlardan İradə Paşayeva “Необходимость внедрения системы управленческого учета в высшие бюджетные образовательные учреждения” adlı məqaləisinə görə birinci yerə layiq görülüb. Magistrlərdən Xanımnaz Həsənova “Влияние культурного фактора при разработке маркетинг-микса на международном рынке”, bakalavrlardan isə Rus İqtisadiyyat Məktəbinin  tələbəsi Minayə Hüseynova “Turizmin Azərbaycanın iqtisadiyyatına təsiri və perspektivləri” mövzusunda elmi məqaləsi ilə müsabiqənin qalibi olub.

Qeyd edək ki, UNEC-də 2016-cı ilin oktyabr-noyabr aylarında “Elm aylığı” keçirilib. Bir ay ərzində universitetdə ölkənin tanınmış elm xadimləri və iqtisadçılarının da iştirakı ilə elmi seminarlar, dəyirmi masalar təşkil edilib, elmi müzakirələr aparılıb. İqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında, onların iqtisadiyyatın hansı sahəsindən bu mükafatı almaları barədə professorların məruzələri dinlənilənib. Eyni zamanda “Elm aylığı” çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay