A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisadiyyat Məktəbində ilk tələbə-elmi konfransı keçirilib. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunan konfransın mövzusu “Azərbaycan iqtisadiyyati: mövcud durum və inkişaf perspektivləri” olub.

UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova Rus İqtisadiyyat Məktəbi tələbələrinin ictimai və emi fəaliyyətlərini yüksək qiymətlndirib. Rus İqtisadiyyat Məktəbinindirektoru Mənsur Bərxudarovtələbələrin elmi potensialını aşkar etmək üçün həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, qısa zamanda mənimsəmə əmsalları üzrə qrup liderləri müəyyən edilərək, əlaçılar şurası təşkil olunub.

Sonra Məktəbin fəaliyyəti əks olunan videoçarx nümayiş etdirilib.

Konfransa UNEC tələbələri ilə yanaşı Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri də qatılıb. Plenar məruzələrdən sonra konfrans öz işini beş bölmədə davam etdirib.

Qalib tələbələrə sertifikatlar təqdim edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay