A

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Öz Biznesinə Başla! Yeni Mövsüm” layihəsi çərçivəsində ilk seminarını keçirib.

Seminarda multipleyer Tehran Baxışov “Youth Inc.” proqramı barədə tələbələrə ətraflı məlumat verib. Bildirib ki, proqramın məqsədi Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və onlara öz biznesini yaratmaqda dəstək olmaqdir. Proqramın vizyonu gənc sahibkarlığı inkişaf etdirmək və dəstək vermək üçün effektli platforma yaratmaq, gəncliyin sosial və iqtisadi problemlərini həll etmək, kiçik və orta sahibkarlığın formalaşdırılması və orta gəlirli sinfin gənc sahibkarlığa dəstək verməsini təmin etməkdir.

Buna görə “Youth Inc.” öz vaxtını, təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib.

“Youth Inc.” proqramı aktiv fəaliyyət göstərdiyi illər ərzində məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib və 7000-ə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay