A

UNEC-in “Xarici dillər” kafedrasında elmi-metodoloji seminarlar davam edir. Yanvarın 23-də keçirilən növbəti elmi-metodoloji seminarda kafedranın gənc müəllimi Aynur Mirzəyeva “Karyera” mövzusunda təqdimatla çıxış edib.

A.Mirzəyeva innovativ tədris metodlarından danışaraq, həmkarları ilə öz təcrübəsini paylaşıb. Dünyanın nüfuzlu universitetlərinin müəllimlərinin istifadə etdiyi interaktiv saytları nümayiş etdirib. Dərslərdə “role play” metodundan uğurla istifadə etdiyini bildirən gənc müəllim, seminar iştirakçılarını “İşəgötürən” və “Müsahibəyə gələn” qruplarına bölərək, real keyslər üzərindən müsallar çəkib.

Sonda A.Mirzəyeva həmkarlarının suallarını cavablandırıb.

Qeyd: Növbəti elmi-metodoloji seminar yanvarın 25-də Səbinə Məmmədovanın təqdimatında keçiriləcək. Seminarda iştirak etmək istəyənlər “Xarici dillər” kafedrası ilə əlaqə saxlaya bilərlər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR