A

UNEC-də elmi seminar keçirilib. Seminar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilib.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, onun tapşırıq və tövsiyələrinə xüsusi diqqət çəkərək, qeyd olunan müddətdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım olub. Ötən bir ildə qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir. 2016-cı ildə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atıldığını vurğulayan Z.Məmmədov cari ildə ölkə başçısının imzaladığı qərar, qanun və sərəncamları diqqətə çatdırıb. İqtisadi islahatların daha da dərinləşərək qeyri-neft sektorunun hesabına inkişaf edəciyini bildirib.

Tədbirdə UNEC-in professorları Məhiş ƏhmədovArif Şəkərəliyevİrşad Kərimov, rektorun müşaviri Elşən Bağırzadə, Beynəlxalq İqtisadiyyat məktəbinin rəhbəri Anar Rzayev və İA ETİ-nun elmi katibi Rafail Rzayev, şöbə müdirləri Rəşad Hüseynov, Murad Bağırzadə, İA ETİ-nin böyük elmi işçiləri Elman İbişov və Salman Nəcəfov müzakirə olunan məsələlərin müxtəlif aspektləri ilə əlaqədar çıxış ediblər. Ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq, təkliflərini səsləndiriblər. Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil olan valyuta axını azalıb. İl ərzində Azərbaycan manatının məzənnəsinin düşməsi meylləri davam edib. Problemi həll etmək məqsədilə həm maliyyə mexanizmlərindən, həm də beynəlxalq təcrübədən istifadənin zəruriliyi qeyd olunub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu yolla ixrac potensialının yüksəldilməsi üçün ölkədə yüksək rəqabətqabiliyyətli regional klasterlərin yaradılması, investisiya iqliminin daha da yaxşılaşdırılması və bu yolla ölkə iqtisadiyyatının qlobal təkrar istehsal zəncirlərinə qoşulmasının təmin edilməsi təklif edilib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR