A

Yanvarın 30-da UNEC-də“Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, UNEC-in rektoru, professor Ədalət Muradov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova ilə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı nəzərdə tutulub.

İki gün davam edən konfransda “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

“Təhsilin sosial – iqtisadi inkişafda rolu” beynəlxalq elmi-praktiki konfransının proqramı ilə buradan tanış ola bilərsiniz.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR