A

UNEC-də keçirilən “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində ölkəmizdə rəsmi səfərdə olan qonaqlar UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutundaolublar.

Qazaxstan Respublikası İqtisadi İnkişaf və Ticarət Nazirliyinin İqtisadi Araşdırmalar İnstitutunun professoru Saylau Bayzakov, Ukrayna Sistem Statistik Tədqiqatlar Araşdirma İnstitutunun direktoru, professor İqor Mantsurov, Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyi İqtisadi Araşdırmalar İnstitutunun baş tətqiqatçısı Dr. İana Krapunova və Qazaxstan Respublikası İqtisadi İnkişaf və Ticarət Nazirliyinin “Qazaxstanın dövlət-özəl əməkdaşlığı mərkəzi” SC-nin elm üzrə icraçı direktoru Dr. Azamat Nurseitovla görüşdə İAETİ-nin direktoru, professor Yadulla Həsənli qonaqlara institutun fəaliyyəti haqda ətraflı məlumat verib.

Beynəlxalq elmi-praktiki konfransın əhəmiyyəti vurğulanan görüşdə professor S.Bayzakov “Smart amillərin illik son məhsulun həcminə təsirinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Qeyd:Qazaxstan Respublikası İqtisadi İnkişaf və Ticarət Nazirliyinin “Qazaxstanın dövlət-özəl əməkdaşlığı mərkəzi” SC-nin elm üzrə icraçı direktoru Dr. Azamat Nurseitov konfransa İAETİ-nin adı çəkilən təşkilatla 2016-cı ilin iyun ayında imzaladığı əməkdaşlıq haqqında sazişə əsasən dəvət olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR