A

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib. 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilən konfransın məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəltməkdir. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində keçirilən konfransda müvafiq nazirliklərin və dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların məsul əməkdaşları, o cümlədən UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları iştirak edib.

Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə respublikamızda Mülki müdafiə qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq dövlət başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirib. Toplantı iştirakçılarını Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edən nazir müavini FHN tərəfindən təşkil olunan elmi-praktik konfransın sözügedən sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izləyiblər.

Konfransın sonunda FHN Mülki müdafiə qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay