A

UNEC-də beynəlxalq layihə olan “Science Slam” adlı elm müsabiqəsinə start verildi. Elmin populyarlaşdırılmasına, xüsusən tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edən layihə ölkədə ilk dəfə olaraq universitetdə reallaşdırılıb. TEC-in təşkilatlığı keçirilən tədbirə Əmtəşunaslıq,Texnologiya və Dizayn fakültələrinin tələbələri qatılıb.

TEC sədrinin elmi məsləhətçisi, dos.Emin Qəribli ilk olaraq Science Slam müsabiqəsi haqda məlumat verib. Bildirib ki, layihənin şərtlərinə uyğun olaraq, universitetlərdə məruzəçilərin elmi tədqiqatları dinlənilir. Layihənin önəmi ondan ibarətdir ki, dinləmələr yalnız qeyri-rəsmi şəraitdə, musiqi və vizual görüntülərlərin müşayiətilə aparılır. İzləyicilər bəyəndikləri tədqiqat işini alqışlayır, daha çox alqış qazanan tədqiqatçılar isə qalib hesab edilir.

TEC-in sədri Əvazağa Məlikov müsabiqənin daha geniş yayıldığı Almaniya, Rusiya, Türkiyə və digər Avropa ölkələrinin təcrübəsindən danışaraq, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi sahəsində “Science Slam”ın əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbir tələbələrin təqdimatları ilə davam edib. Dinləyicilər öz alqışlarıyla ən yaxşıları müyyən ediblər. Müasibəqədə 1-ci yerin qalibi Lalə Orucova olub. 2-ci, 3-cü yerləri isə Faiq Talıblı və Zöhrə Şıxıyeva bəlüşüb. Alqışları müyyən etmək üçün səs-küyü müyyən edən avadanlıqdan da istifadə olunub.

Sonda E.Qəribli bildirib ki, UNEC rektoru, professor Ədalət Muradovun təşəbbüsü ilə universitet ümumrespublika Science Slam müsabiqəsinə ev sahibliyi edəcək. Müsabiqədə Azərbaycanın digər universitetlərinin tələbələri iştirak edəcək.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR