A

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov AMEA Rəyasət Heyəti və Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunun bölmə iclasında çıxış edib.

Z.Məmmədovun sədrliyi ilə keçirilən iclasın “İqtisadiyyat” bölməsində Qafqaz ölkələrinin sosial-iqtisadi və siyasi vəziyyəti, geosiyasəti, qarşılıqlı münasibətləri, geoiqtisadi iddialar və digər aktual məsələlər müzakirə olunub. UNEC professoru “Ucuz neft qiymətləri mərhələsində Azərbaycan iqtisadiyyatında köklü islahatlar: məqsəd və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Forumun bağlanış mərasimində çıxış edən UNEC professoru alimlərin səmərəli müzakirələr aparmaları baxımından forumun önəmini vurğulayıb. Z.Məmmədov qafqazşünaslıq iqtisadiyyatının önəmli sahə olduğuna diqqət çəkərək, bu sahədə elmi tədqiqatların sayının artırılmasını, geosiyasi baxımdan mühüm region olan Qafqazla bağlı iqtisadi elmi nəşrlərin çap olunmasını bildirib. UNEC professoru Qafqaz ölkələrinin iqtisadiyyatının araşdırılması məqsədilə mərkəz yaradılmasını təklif edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi