A

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri (İHMDX) UNEC-də seminar keçib. Seminar “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda olub.

İnzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov UNEC-də son illərdə həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, UNEC-də mütəmadi olaraq dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər təşkil olunur, seminarlar keçirilir. Ş.Əsgərov belə görüşlərin tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki biliklərin verilməsi baxımından əhəmiyyətini qeyd edib.

Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov fakültədə tədris olunan ixtisaslar barədə məlumat verib. UNEC-də biznesin idarə edilməsi, menecment, marketinq, kommersiya ixtisasları üzrə peşəkar kadrlar hazırlandığını bildirib.

Ölkə Prezidentinin Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəflərini açıqladığını diqqətə çatdıran dekan dövlət başçısının qarşıya qoyduğu hədəflərə universitet səviyyəsində dəstəyin göstəriləcəyini vurğulayıb. UNEC-də ixrac üzrə mütəxəssislərin hazırlanacağını qeyd edib.

Antiinhisar siyasəti və İHMDX rəis müavini Araz Əliyev “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda çıxış edib. İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər barədə məlumat verib. İstehlakçıların hüquqlarının qorunması üçün aidiyyəti orqanlar tərəfindən bu istiqamətdə geniş işlər görüldüyünü qeyd edib.Ölkədə istehsal və xidmət sahələrinin sayının getdikcə artırıldığına və yüksəldiyinə diqqət çəkən Antiinhisar siyasəti və İHMDX sektor müdiri Yusif Hüseynov bildirib ki, bu müstəvidə həyata keçirilən tədbirlərin ən mühüm istiqamətlərindən biri də əhaliyə keyfiyyətli və təhlükəsiz məhsulların çatdırılmasını təmin etməkdən ibarətdir. O, dövlət xidməti tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq, bazara keyfiyyət və təhlükəsizlik normativ sənədlərinin tələblərinə uyğun gəlməyən malların çıxarılması hallarından danışıb. Y.Hüseynov belə hallarla rastlaşdıqları zaman istehlakçıların dövlət xidmətinə müraciət etmələrini, vətəndaşların hüquqlarının qanunvericiliklə müəyyən edilən qaydada təmin olunduğunu bildirib.Sonda tələbələrin sualları cavablandırılıb.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR