A

UNEC-in professor-müəllim heyəti Azərbaycan Texnologiya Universitetində (ATU) olub.

Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan “Urbanizasiyalı sənayeləşmə şəraitində biomüxtəlifliyin və mədəni irsin qorunması” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, dosent Zabit AslanovDistant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini, dosent Təranə  Kərimovanın təmsil olunduğu nümayəndə heyəti konfransın plenar iclasında və sessiyalarda məruzələrlə çıxış ediblər.

“Tədqiqat universitetinə keçid: UNEC təcrübəsi” mövzusunda məruzə edən professor Z.Məmmədovun çıxışı iştirakçılar tərəfindən maraqla dinlənilib. Professor UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilmək istiqamətində atdığı uğurlu addımlardan danışıb. Bildirib ki, İqtisad Universiteti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. Regionun elmi müzakirə mərkəzinə çevrilən UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, Nobel mükafatçılarını, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. UNEC-in professorlarının elmi nəşrləri “Thomson Reuters” kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir.

Nümayəndə heyəti konfrans çərçivəsində öz ixtisaslarına uyğun kafedraların tədris planı ilə tanış olub, təklif və tövsiyələrini veriblər. ATU-ya iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə UNEC-in professor-müəllim heyətinin müəllifi olduğu dərsliklər hədiyyə olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR