A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev və milli təhsil konsepsiyası” mövzusunda konfrans keçirilib.

Kollecin direktoru vəzifəsini icra edən hüquq üzrə fəlsəfə doktoru, dosent Oruc Məmmədov  “Ümummilli lider Heydər Əliyevin milli təhsil konsepsiyasının əsas hədəfləri” mövzusunda məruzə edib. Bildirib ki, Ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Dahi şəxsiyyət həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinın qayğısına qalıb, həm də bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi təhsil sahəsində də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda YAP-ın Azərbaycan Maliyyə-İqtisad Kolleci üzrə ilk ərazi təşkilatının sədr müavini Alı Əliyev “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, kollecin tələbəsi Nərminə Həsənova isə “Heydər Əliyev Azərbaycanda iqtisadi islahatların memarıdır” mövzusunda olan çıxışları maraqla qarşılanıb.Sonda Ulu öndərə həsr olunan sənədli film nümayiş olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR