A

UNEC-də Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan elmi-praktiki seminar keçirilib.

Maliyyə və mühasibat fakültəsində təşkil edilən seminar “Heydər Əliyev Azərbaycanda sabit inkişafın banisidir” mövzusunda olub. Tədbirdə fakültə nəzdində fəaliyyət göstərən “Maliyyə və maliyyə institutları”, “Mühasibat uçotu və audit”, “StatistSa”, “Nəzəri Nraktiki iqtisadiyyat”, “Xarici dXarillər” və “Mülki müdafiə” kafedralarının professor-müəllim heyəti və tələbələr iştirak edib.

“Humanitar fənlər” kafedrasının tarix elmləri doktoru Məhəbbət Paşayeva Ulu öndərin həyat yolu, onun Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri haqda məlumat verib.

Məruzə ətrafında çıxışlarda “Maliyyə və Maliyyə institutları”  kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Ümidvar Əliyev, “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru, Cəmilə Namazova, “Mülki müdafiə” kafedrasının müəllimi Nemət Lətifov çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi hökumətdə uzun müddət rəhbər vəzifələrdə çalışan “Maliyyə və Maliyyə institutları” kafedrasının müdiri Ə.Ələkbərov Ulu öndərlə bağlı təəsüratlarından, onunla görüşlərindən danışıb. Ulu öndərin yüksək insani, əxlaqi keyfiyyətlərindən, uzaqgörən siyasətindən, rəhbərlik bacarığından söhbət açaraq, onun fəaliyyətini yüksək qiymətləndirib.

Digər natiqlər də Ulu öndərin həyat və fəaliyyətinin maraqlı cəhətləri barədə söhbət açıblar. Qeyd olunub ki, Ümummilli liderin irsi fakültəmizdə daimi olaraq öyrənilir, tətbiq edilir və bu ənənə gələcəkdə də davam etdiriləcək. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR