A

UNEC nəzdində  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) İsveçrə səfirliyinin birinci katibi Simone Haeberli və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SECO) nümayəndələri ilə görüş keçirilib.

İAETİ-nin direktoru, professor Yadulla Həsənli  UNEC-də həyata keçirilən yeniliklərdən, o cümlədən elmi-tədqiqat yönümlü universitet olmaq yolunda reallaşdırılan layihələr haqqında qonaqlara məlumat verib. Y.Həsənli eyni zamanda  İnstitutun elmi potensialından söz açıb, apardığı tədqiqat və maraq göstərdiyi araşdırma sahələrindən bəhs edib.

Sonda UNEC-lə SECO arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilərək, İsveçrənin aidyyatı institutları ilə birgə tədqiqatların aparılması imkanları nəzərdən keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR