A

UNEC-in alim və ekspertləri “Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi” mövzusunda V beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfrans Azərbaycan Universiteti və Vergilər Nazirliyinin Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Şamaxı şəhərində, Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.

Konfransın plenar iclasında UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında və ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb.Konfrans öz işini 2 bölmədə davam etdirib. UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Azərbaycanın iqtisadi inkişafı və milli-mənəvi dəyərlərin qorunması” məsələlərinə həsr edilən bölməyə sədrlik edib. Bölmədə UNEC-in professoru Sifariz Səbzəliyev, professor Nizami XudiyevBiznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov  və dosent İmran Rzayev məruzə ilə çıxış ediblər. UNEC alimlərinin çıxışları konfrans iştirakçıları tərəfindən geniş prizmalardan müzakirə olunub. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR