A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasından irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib.

Birinci yarım il ərzində ölkənin sosial-iqtisadi inkişafına dair təqdimatla çıxış edən İAETİ böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 1,7 faiz artım baş verıb. Həmçinin baxılan dövr ərzində xarici ölkələrlə əmtəə dövriyyəsi 7267,0 milyon ABŞ dolları təşkil edib ki, bunun da 4450,1 milyon dolları ixrac, 2816,9 milyon dolları idxal olmaqla nəticədə 1633,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu, ötən illə müqayisədə əmtəə ixracının 27,5% artması, idxalınsa 15% azalması hesabına baş verib ki, bu da əsasən qeyri-neft sektorunun inkişafı sayəsində ixracı əvəz edən məhsulların həcminin artması və dünya bazarına çıxış imkanlarının genişlənməsinin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən İAETİ-nin direktor müavini, professor Rövşən Quliyev ölkədə həyata keçirilən “Azərbaycan Respublikasının Milli İqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə UNEC-də tədbirlər planı hazırlandığını bildirib.

Sonda ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə dəstək məqsədi ilə xarici bazarların araşdırılması üçün İAETİ-də genişmiqyaslı elmi-tədqiqat işlərinin aparılmasına dair müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR