A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) ilə Belarus Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu BMEA arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin məqsədi elmi əlaqələrin daha da inkişafı və genişləndirilməsidir. Müqaviləyə əsasən, İAETİ ilə BMEA arasında məlumat və elmi nəşrlərin mübadiləsi həyata keçiriləcək, birgə elmi konfrans, seminarlar təşkil olunacaq və elmi tədqiqatlar aparılacaq. Bundan başqa, hər iki qurumun elmi məktəblərinin qarşılıqlı əlaqəsinin təşkili, elmi nəşrlərində məqalələrin dərc olunması, kadr hazırlığı, ixtisas artırılması da nəzərdə tutulub.

Müqavilədə tərəflərin qarşılıqlı razılığı əsasında birgə tədqiqatların nəticələrinin monoqrafiya və dərsliklərdə dərc olunması da öz əksini tapıb.

İAETİ-nin digər əməkdaşlıq müqaviləsi isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (AEİMM) ilə imzalanıb.

Sənədə əsasən, İAETİ-nin alimləri AEİMM-in tabeliyində olan elmi-tədqiqat institutlarında konfrans və mühazirələr təşkil edəcək, birgə elmi tədqiqat proqramlarına qatılacaqlar. Eyni zamanda AEİMM-in müvafiq elmi-tədqiqat institutları və regional aqrar elm və informasiya məsləhət mərkəzlərinin imkanlarından yararlanacaqlar.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR