A

UNEC-də “İslam həmrəyliyi”nə həsr olunan elmi seminar keçirilib.

Elmi seminar 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planından irəli gələn vəzifələri təmin etmək məqsədi ilə təşkil edilib. Əmtəəşünaslıq  fakültəsinin dekanı, dosent Tofiq Osmanov bildirib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması dünyaya mühüm bir çağırışdır. Bu gün Azərbaycan multikultural və zəngin mədəni dəyərlərə sahib olmaqla yanaşı, İslam dünyasında nüfuzlu dövlət kimi tanınır, müsəlman həmrəyliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

“Humanitar fənlər”  kafedrasının professoru Hidayət Cəfərov “Azərbaycanda islamın yayılması və nəticələri” mövzusunda çıxış edib. O, islam dininin təşəkkülü və yaranmasını şərtləndirən amillər barədə məlumat verib, islamın elmi dayaqlara söykəndiyini faktlarla əsaslandırıb. Məruzədə islam dininin yarandığı dövrdən tolerant, multikultural, insani əxlaq və keyfiyyətləri təlqin edən, o cümlədən milliyyəti, irqi, sosial və ictimai durumundan asılı olmayaraq bərabərlik, humanizm və digər dəyərləri özündə ehtiva edən bir dünyəvi din olması deyilib.

 

Seminarda tələbələrin sualları cavablandırılıb. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR