A

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Azərbaycan Universitetində ustad dərs mühazirəsi deyib.

“Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması: İnnovativ inkişaf modelinə keçid” mövzusu ilə çıxış edən UNEC professoru beynəlxalq standartlara uyğun olaraq elm, təhsil, tədqiqat formatlı universitetə keçidlə bağlı fikirlərini bölüşüb. Bildirib ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində ölkənin ali təhsil sisteminin daha səmərəli formalaşdırılması prosesinə start verilib. O, universitetlərdə elmi fəaliyyətin idarə olunmasında dünya təcrübəsinin öyrənilərək, müasir universitet menecmentinə inteqrasiya olunmasının əhəmiyyətini qeyd edib.

Mühazirədə tədqiqat universiteti modelinə keçidlə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay