A

UNEC-də “Gənc Bankir Məktəbi - 3” layihəsinə start verilib.

İki mərhələdən ibarət layihənin ilk mərhələsində komanda üzvlərinə 2 həftə ərzində “Azər Türk Bank” ASC tərəfindən bank sektoruna aid mövzularda təlimlər keçiriləcək. 2-ci mərhələdə isə komandalar püşkatma yolu ilə seçdikləri ölkənin bank sistemi haqqında araşdırma apararaq elmi-tədqiqat işi hazırlayacaq. Yarımfinal mərhələsində isə komandalar araşdırdıqları mövzu və tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcək. Finalda qalib olan komandanın iştirakçıları “Azər Türk Bank” ASC-də təcrübə proqramında iştirak edəcək. Qaliblər diplomla təltif olunacaq.

SUES İctimai Birliyinin  təşkilatçılığı, “Azər Türk Bank” ASC-nin tərəfdaşlığı, “Reduco” Tədris Mərkəzinin maliyyə dəstəyi keçirilən layihədə iştirak etmək istəyənlər https://goo.gl/mSJ84z  linkinə daxil olaraq komanda şəklində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 30 oktyabr saat 23:00-da bitəcəkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay