A

UNEC tələbələri arasında “İT-nin inkişafının təhsil prosesinə təsiri” mövzusunda disput keçirilib.

UNEC-in “Texnoloji Təhsil Qrupu”nun iştirakı ilə keçirilən disputun mövzusu “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”ndə nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsinə həsr olunub.

“İnformasiya iqtisadiyyatı və texnologiyaları”  kafedrasının dosenti Təranə Əliyeva İKT-nin təhsildə tətbiqi sahəsində UNEC-də aparılan islahatlardan və son illərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək biliyə malik ixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirən UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yer tutması istiqamətində mühüm nailiyyətlər qazanmasından bəhs edib. O, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan məqsəd və vəzifələrin UNEC-in Strateji Planında öz əksini tapması və onların həyata keçirilməsi məqsədilə UNEC-də yaradılan “Texnoloji Təhsil Qrupu”nun gələcək fəaliyyəti haqqında məlumat verib.

Texnoloji təhsilə marağın artırılması və bu istiqamətdə şüurun formalaşdırılmasının təmini məqsədilə keçirilən disput akvarium metodu ilə təşkil edilib. Disputun moderatorları “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının baş müəllimi Reyhan Əzizova ilə müəllim Arzu Əbilova mövzu ətrafında tələbələri maraqlandıran məsələlərə diqqət çəkiblər. Disputda Texnologiya və dizayn fakültəsi ilə Rus İqtisad Məktəbinin tələbələri İKT-nin təhsildə tətbiqinin üstünlükləri və çatışmazlıqları, tələbənin şəxsi kabinetinin yaradılmasının təlim prosesinə təsiri məsələləri ilə, həmçinin sərbəst işlərin təhvil verilməsinin avtomatlaşdırılmasına və imtahanların test şəklində keçirilməsinə münasibətlə bağlı suallar ətrafında öz fikirlərini bölüşüblər.

Texnologiya və dizayn fakültəsinin dekanı professor Vəkil Hüseynov tələbələrin təhsil və tədris sistemi ilə bağlı öz düçüncələrini açıq ifadə etmək üçün bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tələbələrin fikir mübadiləsinə “Fizika və kimya” kafedrasının müdiri, professor Rövnəq Rzayev və  “Dizayn” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Məmmədova da qatılaraq müzakirə olunan məsələlərə onların birtərəfli yanaşmamasını, eləcə də hər bir prosesi və vəziyyəti obyektiv öyrənməyi və təhlil etməyi tövsiyə ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR