A

UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində seminarlar davam edir.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planından irəli gələn vəzifələri təmin etmək məqsədi ilə təşkil edilən növbəti seminarı UNEC-in “Beynəlxalq münasibətlər” və “Humanitar fənlər” kafedraları keçirib. “Beynəlxalq münasibətlər” kafedrasının müdiri, dosent Ramin Qurbanov UNEC-də İslam həmrəyliyi ilə bağlı keçirilən seminarların milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, təşviqi, ölkəmizin İslam həmrəyliyinin əldə edilməsində oynadığı mühüm rol, bu sahələrdə qazanılan nailiyyətlərin təbliği və tələbələrin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirildiyini bildirib.

Seminarda “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərov “Yeni dünya çağırışları: Azərbaycan və İslam”, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimləri Vüqar Məmmədzadə “İslam və demokratiya: tarix və müasirlik”, Pərviz Səmədov isə “Azərbaycan ədəbiyyatında islam həmrəyliyi və tolerantlıq” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzəçilər Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, ölkəmizin İslam dininin yayılmasında və müsəlman intibahının bərqərar olmasında, o cümlədən tolerant, multikultural dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulayıblar. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər nüfuzlu qurumların üzvü olaraq, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlərin, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etdiyini qeyd ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR