A

Oktyabrın 20-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin 20 illiyinə həsr olunan “Əmək, məşgulluq və sosial müdafiənin aktual məsələləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.

Konfransda UNEC-i “İqtisadiyyat” (rus dilində) kafedrasının professoru Fərhad Rəhmanov və “Mühasibat uçotu və audit” kafedrasının professoru Fazil Hacıyev təmsil edib.

Müasir dövrdə sosial-iqtisadi inkişafın aktual məsələləri, əmək bazari, məşğulluq nə əmək münasibətləri, həyat səviyyəsi və sosial müdafiə, demoqrafita və əhali sakinliyi və sosial müdafiə sistemində informasiya texnologiyaların tətbiqi məsələlərinin müzakirə edildiyi konfranda F.Rəhmanov “Müasir dövrdə sosial sferanın innovasiyalı idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. UNEC-in ikinci məruzəçisi F.Hacıyevin mövzusu isə “Azərbaycanın müasir sosial-iqtisadi inkişafının təhlili və perspektivləri” olub. UNEC professorları Azərbaycanda əhalinin sosial müdafiə sisteminin təkmillədirilməsi problemlərinə dair müzakirələrdə fikir mübadiləsi aparıblar.

Konfransda nazirlik və təsisatların rəhbər işçiləri, ölkə və xarici ali məktəblərinin müəllimləri, həmçinin, beynəlxalq təkilatların ekspertləri, Bakı Dövlət Universiteti, Vilnüs Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Avropa İttifaqının SOCİEUX proqramı nümayəndələri və başqaları iştirak ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR