A

UNEC müəllimi Semiotika üzrə VIII Beynəlxalq Konfransda iştirak edib.

Bakıda Gürcüstanın İlia Universitetinin Semiotika Araşdırmaları Mərkəzi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə “Media və Dünya” adlı Semiotika üzrə (“ 8th International Scientific Conference on Semiotics, World and Media”) VIII Beynəlxalq Konfrans keçirilib.

Konfransda Gürcüstanın və Azərbaycanın görkəmli dilçi alimləri Semiotikanın müxtəlif sahələrini əhatə edən çox maraqlı mövzuları müzakirə ediblər. UNEC-in “Xarici dillər” kafedrasının müəllimi Şücaət Kərimova konfransda “Polysemy and the Development of New Meanings” mövzusunda məruzə ilə çıxış edib. O, polisemiyanın semasiologiyanın mərkəzi problemlərindən biri olduğunu qeyd edərək, ingilis dilində çoxmənalılığın başqa dillərlə müqaisədə geniş yayıldığını hadisıdir. Zaman keçdikcə dil inkişaf edir, ətraf aləmin əşya və hadisələri haqqında biliklər artır və nəticədə sözlərin yeni mənaları da yaranır, deyə bildirən Ş.Kərimova mənanın əmələ gəlmə səbəbləri, inkişaf xüsusiyyətləri, sözün yeni məna qazanmasının dildə gedən proseslərin real gerçəklik hadisələri ilə bağlılıq xüsusiyyətlərini açıqlayıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR