A

UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları” mövzusunda elmi-seminar keçirilib.

“Elm aylığı” çərçivəsində keçirilən elmi seminarda Texnologiya və dizayn fakültəsində informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr iştirak edib. “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva kriptovalyutaların iqtisadiyyatın quruluşu haqqında təsəvvürləri radikal surətdə dəyişdirdiyini bildirərək, digər yeni texnologiyalara anoloji olaraq blokçeynin internet-texnologiyalar mühitində səmərəliliyin artmasında, milyardlarla dollara qənaət olunmasında və risklərin əhəmiyyətli dərəcədə azalmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Seminara qonaq qismində qatılan UNEC məzunu, bank sektorunda satış və marketinq üzrə 12 ildən çox təcrübəsi olan və NIMA Marketing A və B proqramlarını bitirən Sənan Həsənovun məruzəsi dinlənilib. S.Həsənov blokçeyn, kriptovalyuta, bitkoyn, mayner və mayninq anlayışları, blokçeyn və kriptovalyuta texnologiyaları üzrə apardığı tədqiqatların nəticələri haqqında məlumat verib. O, kriptovalyuta bazarında olan proseslərin təhlilini, həmçinin köhnə bank sistemi modeli ilə blokçeyn texnologiyasının müqayisəli təhlilini aparmaqla bu texnologiyaların Azərbaycanda biznes mühitinin inkişafına mövcud təsirlərinə öz münasibətini bildirib, bu texnologiyaların tətbiq imkanlarından bəhs edib.

Mövzu ətrafında müzakirələrdə Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov,“İnformatika” kafedrasının müdiri, dosent Hafiz Bayramov və “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimi Dilarə Əbdüləziz baxılan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay