A

UNEC-in BKES (Bank Kredit Ekspert Sistemi) layihəsi qrant müsabiqəsinin qalibi olub.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinin qalibi olan layihə bank kredit qərarlarının qəbul edilməsində ekspert sisteminin işlənilməsi və tətbiqini nəzərdə tutur. Layihənin rəhbəri UNEC-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının, dosenti Vaqif İbrahimov, koordinatoru isə Texnologiya Transfer Mərkəzinin direktoru, dosent Aydın Hüseynovdur.

Layihənin məqsədi intellektual ekspert sistemini tətbiq etməklə maliyyə təşkilatlarının kredit əməliyyatlarında dəqiqiliyini artırmaq, operativliyi təmin etmək və ümumiyyətlə insan faktorunu minimuma endirməkdir.

Layihəyə əsasən, kredit mütəxəssisinin proqram sistemi ilə əvəzlənməsi kredit əməliyyatlarının distant icrası üçün imkanlar yaradır. Layihədə 3 növ kredit müraçiəti əsas götürüləcək: fiziki şəxslər üçün ipoteka kreditləri, şirkətlərə verilən biznes kreditləri və aqrar sahəyə ayrılan kreditlər.

Proqramın ekspert sistemi müştərilərə şəxsi məlumat və tələblərini ətraflı yerləşdirmək imkanı ilə yanaşı, onların şəxsi məlumatlarını vahid bazada toplayacaq, müraciətləri dəyərləndirərək müvafiq qəbul edəcək. Sistemin köməyilə müştərinin kredit qaytarma qabiliyyətini də qiymətləndirmək mümkün olacaq. Sistemin daha bir üstünlüyü isə kredit mütəxəssisinə kredit riskinin qiymətləndirilməsi və başa çatdırılmasında yardım etmək funksiyasıdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay