A

UNEC-də “Elm aylığı” çərçivəsində “Xarici bazara çıxışın logistik təminatı: strateji yol xəritəsinin hədəfləri” mövzusunda dəyirmi masa keçirilib.

Biznes və menecment

fakültəsində təşkil edilən dəyirmi masada

Türk Dünyası İşlətmə

fakültəsinin professor-müəllim heyəti, doktorant, magistr və tələbələri də iştirak ediblər.

Biznes və menecment fakültəsinin dekanı, dosent

Mirağa Əhmədov

mövzunun aktuallığını vurğulayaraq, Avropa və Asiyanı bir trayektoriyada birləşdirən transmilli Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışıb. Bildirib ki, xarici bazara çıxışın logistik təminatı olan layihə ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

TUDİFAK-ın dekanı, dosent

Fərrux Tuzcuoğlu

BTQ layihəsinin Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərinin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq, bunun ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Azərbaycanın həyata keçirdiyi bütün layihələrin qardaş Türkiyə dövləti tərəfindən daim dəstəkləndiyini bildirib.

BTQ dəmir yolunun Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildiyini diqqətə çatdıran

“Ticarət və gömrük işinin təşkili”

kafedrasının müdiri, professor

Arif Şəkərəliyev

bu yolun işə düşməsinin geosiyasi əhəmiyyətindən danışıb. Layihənin Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığını daha da gücləndirərək, digər regional layihələrin həyata keçirilməsinə zəmin yaradacağını deyib.

“Marketinq”

kafedrasının müdiri professor

Telman İmanov

logistikanın təşəkkülü və iqtisadiyyatın logistləşdirilməsinin obyektiv zəruriliyi aspektindən çıxış edərək Azərbaycan Respublikasında logistik fəaliyyətin mövcud vəziyyətini analitik təhlil edib.

Tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay