A

Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən “UNEC əməkdaşlarının mükafatlandırılması haqqında” qaydalarda dəyişikliklər edilib.

Dəyişikliklər UNEC əməkdaşlarını stimullaşdırmaq, nüfuzlu elmi jurnallarında dərc edilən məqalələrin sayını artırmaq, o cümlədən universitetdə elmi rəqabəti gücləndirmək və tədqiqatların səmərəliliyini yüksəltmək məqsədilə olunub.

Belə ki, “Web of Science” platformasındakı A&HCI, SSCI və SCI-EXPANDED istinad indekslərinə daxil olan jurnallarda məqaləsi nəşr edilən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatları təsis olunub. Jurnalın son il üzrə impakt faktoru 3,01 və yuxarı olan məqalə 4000 AZN, 2,01 – 3,00 təsir faktoru 3000 AZN, 1,01 – 2,00 təsir faktoru 2000 AZN və 0,01 – 1,00 təsir faktoru isə 1000 AZN dəyərində qiymətləndiriləcək.

“Web of Science” platformasındakı “CPCI-S” və “CPCI-SSH” istinad indekslərinə daxil olan elmi konfransların kitablarında məruzələrinin tam mətni nəşr edilən UNEC əməkdaşları isə hər elmi məruzə üçün 500 AZN məbləğində birdəfəlik mükafatlandırılacaqlar.

“Elsevier” şirkətinin “SCOPUS” istinad bazasına daxil olan elmi jurnallarda məqaləsi nəşr edilən UNEC əməkdaşları da mükafatlandırılacaq. Belə ki, həmin məqalə üçün 2000 AZN (təsir faktoru 3,01 və yuxarı), 1500 AZN (2,01 – 3,00), 1000 AZN (1,01 – 2,00), 500 AZN (0,01 – 1,00) dəyərində birdəfəlik mükafat müəyyən edilib.

Əsərin çap edildiyi elmi nəşr həm “Web of Science”, həm də “SCOPUS”a daxil olarsa, mükafatlandırma yalnız bunlardan biri üzrə aparılacaq və seçim hüququ əməkdaşa veriləcək.

QAYDALAR

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR