A

UNEC-in Elmi Şurasında bakalavr pilləsi üzrə ixtisas təcrübəsinin təşkilinin təkmilləşdirilməsi məqsədilə yeni qaydalar təsdiqlənib.

Yeni qaydalara əsasən, təcrübənin müddəti uzadılaraq, 14 həftə təşkil edəcək. Qaydalar tələbəyə ixtisasına uyğun təcrübə müəssisəsi seçmək hüququ da verəcək. UNEC-in İnnovativ Biznes İnkubatorunun “Ekspert Şura”sının qəbul etdiyi startap, o cümlədən biznes və qrant layihələrinin qalibi olan tələbələr istehsalat təcrübəsindən azad ediləcəklər.

Şurada tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyən UNEC-də bu transformasiyanın həyata keçirilməsi məqsədilə bir sıra ciddi addımlar atılmasına ehtiyac duyulduğu bildirilib, ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış tədqiqat qrupları yaradılmasının zəruriliyini vurğulanıb. Tədqiqat sahəsində ixtisaslaşmanı təmin etmək məqsədilə beş araşdırma mərkəzi yaradılıb: Ermənistan İqtisadiyyatının Araşdırılma Mərkəzi, UNEC Empirik Tədqiqatlar Mərkəzi, Rəqəmsal İqtisadiyyatın Tədqiqi Mərkəzi, E-pul Araşdırma Mərkəzi və Koqnitiv İqtisadiyyat Mərkəzi.

Şura üzvləri tələbə elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi məqsədilə UNEC Tələbə İqtisad Akademiyasının yaradılması barədə qərar qəbul ediblər. Eyni zamanda, iqtisadçı tələbələr arasında tələbə elmi olimpiadasının keçiriləcəyini bildiriblər. Şuranın qərarı ilə bütün ixtisaslar üzrə tədris planına elmi tədqiqatların əsasları kursu daxil ediləcək. Tələbənin aktuallığı və elmi səviyyəsinə görə fəqrlənən elmi işi onun sərbəst iş yazması ilə əvəzlənəcək. Şura üzvləri elmi tədqiqatlar əsasında tələbələrin reytinq sisteminin tətbiq edilməsi barədə də qərar qəbul ediblər.

İclasda tələbə rektor Cabbar Hüseynlinin təklifi ilə imtahan sessiyasında ən yüksək bal toplayan qrupun fərqləndirilməsi ilə bağlı qərar qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay