A

Dekabrın 15-də növbəti TEDxUNEC konfransı keçiriləcək.

“Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkənin təhsil, tibb və mədəniyyət sahəsinin tanınmış simaları məruzələrlə çıxış edəcək.

TEDxUNEC-də Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili”, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” və Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev “Kardiocərrahın ürəyindən keçənlər” mövzusu ilə bağlı fikirlərini bölüşəcəklər.

Bildirək ki, UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.

TEDxUNEC haqqında: İlk TEDxUNEC konfransı 2016-cı ildə keçirilib. “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən konfransda UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa  və təhsil üzrə ekspert, professor Şahlar Əsgərov çıxış edib.

TEDx haqqında: Dünyanın alim, ictimai xadim, biznes nümayəndələri və digər peşə sahiblərini 33 ildən artıqdır ki, bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. TED təşkilatının lokal cəmiyyətlərdə təbliğinə şərait yaradan TEDx proqramı “Bölüşməyə dəyər fikirlər” (Ideas worth spreading) devizi ilə 2009-cu ildən etibarən bütün dünyada təbliğ olunur. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər durmadan artır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay