A

UNEC-in Rus İqtisad Məktəbində (RİM) Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olun III Tələbə Elmi Konfransı keçirilib.

“Azərbaycan iqtisadiyyatı müasir şəraitdə: reallıqlar və gözləntilər” mövzusuna həsr olunan elmi konfransda Azərbaycanın və Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin, eləcə də elmi mərkəzlərin nümayəndələri, magist və tələbələri iştirak edib.

Konfransın açılışında çıxış edən UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırov cəmiyyətin inkişafında elm və təhsilin mühüm rol oynadığını vurğulayaraq, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Gənclərin elmi tədqiqatlara marağının artırılmasına ölkədə xüsusi önəm verildiyini bildirən D.Bağırov bu istiqamətdə ali təhsil müəssisələri qarşısında duran vəzifələrə diqqət çəkib. O, UNEC-də həyata keçirilən layihələr, aparılan tədqiqatlar, gənclərin elmi fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərdən bəhs edib.

RİM-in dekan müavini Anar Eyyubov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimov tələbə elmi konfransının keçirilməsinin əhəmiyyətindən danışıblar. Tələbələrdə elmi tədqiqat işlərinə marağın yüksəldilməsi, elmi-praktik layihələrın hazırlanması, o cümlədən onların bilik və bacarıqlarının formalaşdırılmasındakı rolunu vurğulayıblar.

Konfrans öz işini plenar və bölmə iclaslarında davam etdirib. “Qloballaşma şəraitində milli iqtisadiyyatın inkişafının müasir vəziyyəti və tendensiyaları”, “Dünya iqtisadiyyatının yeni çağırışları kontekstində Azərbaycanın maliyyə sistemi”, “Milli iqtisadiyyatın transformasiyası kontekstində idarəetmənin innovativ texnologiyaları”, “Azərbaycan dünya və regional güclərin geosiyasi maraqlarının kəsişməsi kontekstində” mövzularında keçirilən plenar və bölmə iclaslarında Rusiya və Azərbaycanın aparıcı universitetlərinin tələbə və magistrlərinin 187 elmi məruzəsi dinlənilib.

Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR