A

UNEC-in professor-müəllim heyəti Lənkəran Dövlət Universitetində (LDU) keçirilən elmi konfransda iştirak edib.

“Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda keçirilən konfransda Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası institutlarının nümayəndələri iştirak edib.

Konfransda çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov müasir dünyada inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini vurğulayaraq, mövzunun elmi müzakirəsində iştirakçılara uğurlar arzulayıb.

UNEC-in professorları Zahid MəmmədovAbbas SeyidovCəmilə Namazova, Sifariz Səbzəliyev, dosentlər  Elşən BağırzadəTəranə KərimovaMirağa Əhmədov, Həmid Həmidov, Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacibliyindən, elmin aktual problemləri və onların həlli yollarından danışıblar. Bu istiqamətdə UNEC-dəki yenilikləri diqqətə çatdıran professorlar unversitetdə ən yeni innovativ texnologiyalara əsaslanan infrastrukturun yaradıldığını, yüksəkixtisaslı kadr hazırlığının təminatını, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq sisteminin olduğunu bildiriblər.

İki gün davam edən elmi konfransın bölmə iclaslarında 358 məruzə dinlənilib. Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay