A

UNEC-in professoru elmi-praktik konfransda iştirak edib.

İsmayıllı rayon İcra Hakimiyyətində  “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.

Rayonun icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının mahiyyətindən, onun icra mexanizmləri və nəticələrindən bəhs edib. O, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının nəticəsi olaraq şəhərin və iri yaşayış məntəqələrinin tamamilə yeniləşdiyini, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və gənclər siyasətinin həyata keçirilməsində qazanılan uğurları diqqətə çatdırıb.

UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən müddətdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırılıb, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradıb.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR