A

UNEC-in 

Texnologiya və dizayn

fakültəsində tələbələr üçün “Müəssisələrdə informasiya texnologiyalarının auditi” mövzusunda elmi seminar keçirilib.

“Prima” Menecment Konsaltinq şirkətinin İT İdarəçilyi və İnformasiya təhlükəsizliyi üzrə rəhbəri İlqar Əliyev elmi seminara öz təşəbbüsü ilə qatılaraq İnformasiya texnologiyaları və sistem mühəndisliyi ixtisası üzrə təhsil alan UNEC tələbələri qarşısında çıxış edib. Bu təşəbbüskarlıqda məqsəd ixtisas üzrə təhsil alan tələbələrin gələcək fəaliyyət istiqamətlərinin seçimində, onların müvafiq sahə üzrə yönəldilməsində və uyğun praktiki biliklərin əldə olunmasında kömək göstərməkdir.

İ.Əliyev İT auditin məqsəd və prinsipləri, İT auditin bazasını təşkil edən beynəlxalq standartlar haqqında məlumat verib. O, müəssisələr üzrə ən mühüm problemlərdən biri olan risklərin qiymətləndirilməsi metodologiyasından və onların idarə olunması modellərinin təsnifatından bəhs edərək, bank sistemində və telekommunikasiya müəssisələrində İT auditin əhatə dairəsi üzrə ortaya çıxan xarakterik risklərin minimallaşdırılması məsələlərinə toxunub, daxili nəzarət sistemləri və risklərin azaldılması üzrə tövsiyələr verib.

Müzakirələrdə 

"İnformatika"

kafedrasının müdiri, dosent

Hafiz Bayramov

"İnformasiya iqtisadiyyatı və texnologiyaları"

kafedrasının dosenti

Təranə Əliyeva

, "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kafedrasının müəllimləri 

D.Əbdüləziz

və 

İ.Əzizov

öz təkliflərini səsləndiriblər. Texnologiya və dizayn fakültəsinin dekanı, professor 

Vəkil Hüseynov

fakültənin professor-müəllim və tələbə kollektivi ilə elmtutumlu mövzular ətrafında bu cür elmi seminarların keçirilməsini müsbət qiymətləndirərək, bu təşəbbüsü üçün İ.Əliyevə təşəkkür edib.

 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR