A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) 2017-ci ilə “Təhsilin keyfiyyətinin iqtisadi inkişafda rolunun qiymətləndirilməsi” (iki il üçün nəzərdə tutulub) və “Azərbaycanın əsas ticarət tərəfdaşlari ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi” mövzuları üzrə elmi tədqiqat işləri yerinə yetirib. Birinci mövzunun birinci mərhələsi tamamlanıb. Bu mərhələdə “Xərclər–buraxılış” balans modeli əsasında müəyyən olunub ki, təhsilə yatırılan hər vahid investisiyalar iqtisadiyyatın əksər sahələrindən (o cümlədən neft sektorundan) daha çox multiplikativ effekt verərək iqtisadi inkişafa təkan verir. İkinci mövzu üzrə tamamlanan tədqiqatda Azərbaycanın əsas ticarət tərəfdaşları ilə milli valyutalarla ticarətə keçidin effektlərinin qiymətləndirilməsi üzrə riyazi model qurulub, əsas ticarət tərəfdaşlarının xarici ticarətdə milli valutalara keçidin iqtisadi effektlərinin qiymətləndirilməsi üçün imitasiya modeli qurulub və müxtəlif ssenarilərdə Excel proqramında reallaşdırılıb.

Hesabat ili ərzində institut əməkdaşları tərəfindən ümumilikdə 40 elmi əsər, o cümlədən bir dərslik, bir monoqrafiya dərc olunub, bir monoqrafiyaya elmi redaktorluq edilib, bir kitab isə tərcümə edilərək çap olunub (elmi məqalələrdən üçü 2017-ci ildə SCOPUS bazasına düşüb).

Hesabat dövründə aşağıdakı yerli və xarici elmi qurumlarla elmi əməkdaşlıq haqqında müqavilələr imzalanıb:

1. Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisad-Riyaziyyat İnstitutu;
2. Belarus Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu;
3. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi;

İnstitut əməkdaşlarından bir nəfər ABŞ-a elmi pedaqoji ezamiyyətə gedib.

İnstitut əməkdaşlarından iki nəfəri Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 4-cü qrant müsabiqəsi çərçivəsində “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində veb resurslarının işlənilməsi və tətbiqi” mövzusunda qrant layihəsini yerinə yetirilməsində iştirak edib.

2017-ci ildə UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu Azərbaycan və dünya iqtisadiyyatının aktual məsələlərinə, o cümlədən ölkənin sosial-iqtisadi inkişafının nəticələrinin müzakirəsinə həsr olunan 10 elmi seminar keçirib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR