UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin Tələbə Elmi Cəmiyyəti ilk elmi konfransını keçirib.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova qiyabi tələbələrin elmi tədqiqata olan marağını yüksək qiymətləndirib. O, qiyabi təhsil alan tələbələrin universitetin ictimai və sosial həyatında da fəal iştirakını müsbət hal adlandırıb. Mərkəz direktoru Səbuhi Tanrıverdiyev son dövrlər UNEC-də qiyabi təhsildə əldə edilən nailiyyətlərdən söz açaraq, qiyabi təhsilə marağın artdığını və qəbul planının genişləndiyini, artıq dörd kurs üzrə tədrisin kredit sisteminin tələblərinə uyğunlaşdırıldığını bildirib. UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bu konfransı son illər qiyabi təhsil alan tələbələrin tədrisdə əldə etdiyi uğurlarının məntiqi davamı kimi dəyərləndirib.

Konfransda qiyabi təhsil alan tələbələrin Azərbaycan iqtisadiyyatının prioritet sahələrini əhatə edən 18 məruzəsi dinlənilib.

Münsiflər heyətinin qərarı ilə 3-cü kurs tələbələri Lamiyə Məmmədzadə “İnsan kapitalı və onun inkişafına təsir edən amillər”, Leyla Alıyeva isə “Azərbaycan və Gürcüstanda aqrar istehsalın müasir vəziyyətinin müqayisəli təhlili və inkişaf perspektivləri” mövzusunda mərizələrinə görə I yerə layiq görülüblər. II yeri 3-cü kurs tələbələri “Azərbaycanda intellektual mülkiyyətin mühafizəsi sahəsindəki vəziyyətin təhlili” mövzusunda Nicat Muradov və “Maliyyə savadlılığı və onun artırılması yolları” mövzusunda Səbinə Hüseynli qazanıb. III yerin qalibləri isə “Azərbaycanda vergitutma sahəsində problemlər” mövzusunda 1-ci kurs tələbəsi Nərmin Hüseynzadə ilə “Müasir dövrdə bank sisteminin kapitallaşma problemləri və onların həlli yolları” mövzusunda 3-cü kurs tələbəsi Məryəm Abdulova olub.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR