A

 UNEC-də gənc tədqiqatçıların elmi seminarı keçirilib.

“Elmi tədqiqat ili” tədbirlər planı çərçivəsində keçirilən seminarda UNEC-in gənc tədqiqatçı, doktorant və dissertantları iştirak edib. “Milli iqtisadiyyatın müasir problemləri” mövzusuna həsr olunan seminarda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov milli iqtisadiyyatın aktual prooblemləri və onlara real yanaşma metodlarından söhbət açıb.

Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov gənc tədqiqatçılara doktorantura üzrə yeni standartları açıqlayıb, yeni standartlar və müasir metodların dissertasiya işlərində əks olunmasının vacibliyini bildirib. Dissertasiya işlərində tədqiqat metodları, ekonometrik modellər və riyazi üsullardan istifadənin əhəmiyyətini vurğulayıb.

Seminarda dissertasiyaların yazılmasına dair tələblər, elmi nəticələrin nəşri, plagiat qaydaları, gələcəkdə keçiriləcək respublika konfransları haqqında geniş məlumat verilib.

Seminar Doktorantura şöbəsi və Gənc Alimlər Şurasının birgə təşkilatçılığı ilə keçirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR