A

 UNEC-in Rus İqtisad Məktəbində (RİM) elmi-praktiki konfrans keçirilib.

“Azərbaycanda qadın sahibkarlığın özəllikləri və xarici təcrübə” mövzusunda keçirilən konfrans UNEC-in ilk qadın rektoru Bilqeyis Həşimzadəyə həsr olunub.

Konfransda Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva, “Sandıqça” milli brendinin yaradıcısı Rəna Yüzbaşı və elm, səhiyyə və digər sahələrdə uğur qazanan qadınlar iştirak edib.

RİM-in direktoru, dosent Mansur Barxudarov Azərbaycan qadınlarının bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığına diqqəti çəkərək, ölkədə qadın sahibkarlığının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların sayının bir neçə dəfə artdığını diqqətə çatdırıb. O, qadınların iqtisadiyyatın müxtəlif sahələrində çalışdığını və əldə olunan iqtisadi uğurlara öz töhfələrini verdiklərini bildirib.

Konfransda iştirak edən xanım sahibkarlar öz təcrübələrini tələbələrlə bölüşüb, uğur hekayələrini paylaşaraq gələcək həmkarlarına öz bilik və bacarıqlarını çatdırıblar. Çıxış edənlər sahibkarlığın inkişafının ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və bu sahədə qadın sahibkarların rolunun vacibliyini qeyd ediblər. Qadınların iqtisadi sahədə fəallığının daha da artırılması üçün həvəsləndirici və təşviqedici tədbirlər görüldüyü, hazırda ölkədə 143 mindən çox qadının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilib.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra konfrans bədii proqramla davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay