A

UNEC-in alimləri Rusiyada keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.

Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti Sadiq Nəzərəliyev və “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi Natiq Hacıyev Rusiyanın Aleksandr və Nikolay Qriqorieviç Stoletov adına Vladimir Dövlət Universitetində keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış ediblər.

“İnnovasiyalı inkişafın aktual problemləri: idarəetmə və hüquqi mənzərə” və “İctimai hüququn aktual problemləri” mövzularına həsr olunan konfranslarda S.Nəzərəliyev “Azərbaycanda aqrar islahat və onların hüquqi əsasları” adlı məruzə ilə çıxış edib. N.Hacıyev isə “İnnovasiya fəaliyyətinin dövlət və hüquqi tənzimlənməsi” barədə danışıb. Hər iki alimin məruzəsi böyük maraqla qarşılanıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR