A

UNEC-in müəlliminin tədqiqat işi nüfuzlu “Scopus” məlumat bazasına daxil olan jurnalda dərc edilib.

UNEC Empirik Tədqiqatlar mərkəzinin direktoru, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin həmmüəllifi olduğu “Neft bumundan əvvəl, bum dövründə və sonra Azərbaycanda yerinə yetirilən fiscal siyasət” mövzusunda tədqiqat işi “Contemporary Economics” (ISSN 2300-8814 Online, ISSN 2084-0845 Print) jurnalında dərc olunub.

Tədqiqatda Azərbaycan iqtisadiyyatı neft bumundan əvvəl, neft bumu və bumdan sonra olmaqla üç dövrə ayrılaraq ölkədə yerinə yetirilən fiskal siyasətin xüsusiyyətləri təhlil edilib.

Qeyd edək ki, “Contemporary Economics” jurnalının “Scopus” tərəfindən hesablanan 2016-cı il üçün impakt faktoru 0.31-dir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR