A

UNEC-in alimləri növbəti elmi-tədqiqat layihəsini uğurla başa çatdırıblar.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının alimləri növbəti elmi-tədqiqat layihələrini yekunlaşdırıblar. Onlar UNEC ilə Xalq Bank arasında imzalanan müqaviləyə əsasən, iki müstəqil layihə üzərində çalışıblar. Birinci layihə “Kredit portfelinin diversifikasiyasının müasir istiqamətləri”, ikinci layihə isə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” mövzusunda olub.

Hər iki elmi-tədqiqat işi “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, əməkdar müəllim Əvəz Ələkbərovun rəhbərliyi ilə həyata keçirilib.

Qeyd edək ki, bu layihələr “Maliyyə və maliyyə institutları” kafedrasının son iki ildə yerinə yetirdiyi dördüncü təsərrüfat hesablı elmi tədqiqat işidir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR