A

UNEC-in Elm şöbəsi nin müdiri, professor Zahid Məmmədov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib.

UNEC-in son dövrlərdə beynəlxalq aləmdə təhsil və elm sahəsində artan nüfuzunu nəzərə alaraq, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleya Şurasının təsis etdiyi “Dialoq: siyasət, hüquq, iqtisadiyyat” elmi jurnalı professor Z.Məmmədovu jurnalın redaksiya heyətinin üzvlüyünə qəbul edib.

Beynəlxalq jurnalda siyasət, iqtisadiyyat və hüquqi mövzularda elmi məqalələr nəşr edilir. Jurnal eyni zamanda Rusiya Federasiyası AAK-ın dissertasiyalarının əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR