A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda (İAETİ) Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasından irəli gələn məsələlərlə bağlı elmi seminar keçirilib.

İAETİ-nin direktoru, professor Yadulla Həsənli 2018-ci ilin ötən dövrü ərzində ölkəmizdə sosial-iqtisadi inkişafın nəticələrinə dair məlumat verib.

İAETİ-nin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov 2018-ci ilin birinci rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in 2.3 faiz, qeyri-neft sektorunda 2.9 faiz artım baş verdiyini qeyd edib. 2018-ci ilin yanvar-fevral ayları ərzində xarici ölkələrlə 4439 milyon ABŞ dolları məbləğində, o cümlədən 2987,5 milyon dollarlıq ixrac və 1451.5 milyon dollarlıq idxal əməliyyatları aparılıb, nəticədə 1536 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 31,3 faiz artıb, real ifadədə isə 5,8 faiz, o cümlədən ixrac 5,5 faiz, idxal 6,6 faiz artıb. Hesabat dövründə faktiki qiymətlərlə ölkədən 24,4 faiz çox məhsul ixrac olunub.

Məruzəçi kənd təsərüfatında yazlıq əkin sahələrində olan dəyişikliklərə diqqət çəkərək bu sahədə bir sıra təmərküzləşmə aparıldığını qeyd edib. Belə ki, əvvəlki dövrlərdə yazlıq əkin sahəsində üstünlüyün buğda əkininə verməsinə baxmayaraq, hazırda bu nisbət digər dənli, texniki, bostan və tərəvəz bitkilərinin əkininə üstünlük verildiyini bildirib.

Daha sonra müəllif turizim sektorunun son dövrlər dinamik olaraq inkişaf etdiyini göstərərək, gələcək hədəf kimi sağlamlıq turizminin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Sonda natiq nəticə və təkliflərini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə UNEC-in elmi işlər üzrə prorektoru, professor Sakit Yaqubov, kafedra müdiri professor Sifariz Səbzəliyev, professor Nizami Xudiyev, İAETİ-nin direktor müavini, professor Rövşən Quliyev və digərləri gələcək uğurları hədəfləyə biləcək təkliflərlə çıxış ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR