A

UNEC-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Rus İqtisad Məktəbinin (RİM) təşkilatçılığı ilə keçirilən elmi konfrans “İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrdə korporativ biznes” mövzusunda olub. Konfransda UNEC-in professor-müəllim və tələbə heyəti ilə yanaşı, millət vəkilləri, dövlət və biznes qurumlarının rəhbərləri, Rusiyanın Azərbaycandakı qurumlarının rəsmi nümayəndələri və iş adamları iştirak edib.

RİM-in direktoru, dosent Mənsur Bərxudarov beynəlxalq bazarın müasir tendensiyalarından danışaraq, korporativ biznesin əsas istiqamətlərini açıqlayıb. Ali təhsil müəssisələri ilə iş dünyası arasında əlaqələrə toxunan M.Barxudarov beynəlxalq təhsil standartlarının bu əməkdaşlığı zəruri etdiyini vurğulayıb.

Konfransda millət vəkili Rüfət Quliyev, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyin sədr müavini Aleksandr Kalamin, Rusiyanın Azərbaycanda İxrac Mərkəzinin rəhbəri Nuri Quliyev və ticarət nümayəndəsi Eldar Tlyabiçev, “Atabank”ın idarəetmə komitəsinin sədr müavini Etibar Babaşlı, Avropa və İslam oyunlarının icraçı direktoru Elşin Səfərov və digər natiqlər iqtisadiyyatı inkışaf etmiş, o cümlədən inkişaf etməkdə olan ölkələrdə iri biznesin fəaliyyəti, fond bazarlarının formalaşması kontekstində korporativ maliyyənin inkişafı, iqtisadiyyatın klasterləşməsində iri biznes qurumlarının rolundan danışıblar, elm-tədris müəssisələrinin iri biznes strukturları ilə işgüzar əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Konfransın sonunda müasir iqtisadi şəraitdə korporativ biznesin dayanıqlı inkişafı məqsədilə dövlət, elm və biznesin konsolidasiya edilməsinin vacibliyi vurulanıb.

Konfrans çərçivəsində Rus İqtisad Məktəbi ilə 7 nüfuzlu biznes struktur arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay