A

UNEC-də ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və UNEC Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfrans ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

UNEC TGT-nin sədri Rəsul Həşimov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması,  respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu bildirib. Gənclər və İdman Nazirliyinin tələbələrlə iş üzrə şöbəsinin müdiri Elşən Hüseynov bu gün dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini qeyd edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Respublikası Prezidenti tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müşaviri Hüseyn Babayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını bildirib.

Konfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR