A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycan orta ixtisas təhsili” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Kollecin direktoru, dosent Oruc Məmmədov ümummilli lider Heydər Əliyevin təhsilin şəxsiyyət, cəmiyyət və dövlət üçün strateji əhəmiyyətini daimi yüksək qiymətləndirərək onun inkişafına böyük dəyər verdiyini qeyd edib. Bildirib ki, son illərdə təhsil sahəsində nəzərəçarpan nailiyyətlərin əldə olunması ölkəmizin modernləşdirilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətlə bilavasitə bağlıdır.

UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov ümummilli lider Heydər Əliyev dühasından söz açaraq, orta ixtisas təhsilli məzunların əmək bazarında tutduğu mövqenin mahiyyətindən bəhs edib.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov və tələbə Südabə Abbasovanın məruzəsi dinlənildikdən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Kollecin tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş ədəbi-bədi proqram nümayiş etdiriblər. Eyni zamanda tələbələr arasında keçirilən şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Konfransın sonunda tələbələrə sertifikat təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay