A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) və Elm şöbəsinin təşkilatçılığı ilə “Elm və təhsilin ölkənin sosial-iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarda İAETİ-nin böyük elmi işçisi Sərdar Şabanov məruzə ilə çıxış edib. Azərbaycanda orta və ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi amillərini açıqlayan məruzəçi yuxarı sinif şagirdlərin bilik və bacarıqlarını müəyyən edən PİSA platformasının beynəlxalq müqayisələr aparmaq üçün münasib alət olduğunu vurğulayıb. O, proqramın nəticələri əsasında Azərbaycanda orta təhsilin keyfiyyətinin yekun qiymətləndirilməsinin aparıldığını diqqətə çatdıraraq, digər bir yanaşmanın statisitik üsullarla həyata keçirildiyini bildirib. Dövlət İmtahan Mərkəzinin apardığı və 1992-2017-cı illəri əhatə edən statistik məlumatlar əsasında Azərbaycanda orta təhsildə ciddi keyfiyyət aşınmaları baş verdiyini deyən S.Şabanov əsas səbəblərdən biri kimi test üsulu ilə yoxlamanın orta məktəblərdə dominant yoxlama üsulu kimi bərqərar olmasını göstərib. S.Şabanov qeyd edib ki, ölkənin ali təhsilinin keyfiyyətini qiymətləndirmək üçün əhalinin hər on min nəfərinə düşən məqalə sayı meyarından istifadə edilməklə MDB, Gürcüstan, Baltikyanı ölkələr, habelə İran və Türkiyə üzrə müqayisəli təhlil aparılıb.

Məruzəçi innovasiyaların ölkənin ali təhsilinin keyfiyyətinə təsirinin ekonometrik modelləşdirilməsindən də bəhs edib. Bildirib ki, Azərbaycan, Avstriya, Almaniya, Rusiya, Qazaxıstan, İran və Türkiyə üçün müvafiq ekonometrik modellər qurularaq alınan nəticələr iqtisadi baxımdan tədqiq edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay